Fransanın "PSJ" futbol klubunun hücumçusu Kilian Mbappe Çempionlar Liqasında ardıcıl 8 ev oyununda qol vuran ilk fransız futbolçu olub.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının saytı məlumat yayıb.
Bu göstəriciyə görə Mbappe 2001-ci ilin martından 2002-ci ilin fevralına kimi İngiltərənin "Arsenal"ında çıxış edərək ardıcıl 7 ev oyununda qol vuran Tyerri Anrini qabaqlayıb.
Milli.Az