Ərdoğanın İsrail çıxışı İstanbul birjasını çökdürdü

25 Oktyabr 2023 23:58

Bu gün ticarətin avtomatik bağlanması sisteminin işə salınması ilə əlaqədar İstanbul Birjasının işi bir müddət dayandırılıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu, BIST100 birjasının əsas indeksinin 5% ucuzlaşmasından sonra baş verib.

Ekspertlər mübadilənin dayandırılmasını Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın həmin gün parlamentdə İsrail əleyhinə səsləndirdiyi sərt bəyanatlarla əlaqələndiriblər.

Bildirilib ki, "panik əməliyyatlar", o cümlədən BIST100 indeksi kəskin şəkildə 5-7% azaldıqda investor itkilərini minimuma endirmək üçün birjada avtomatik bağlanma sistemi işə salınır.

Milli.Az