İsrail-Həmas müharibəsində nə qədər əcnəbi ölüb?

25 Oktyabr 2023 23:11

7 oktyabrdan bu günə kimi İsraillə HƏMAS arasında Qəzza zolağında baş verən qarşıdurma nəticəsində 250 əcnəbi vətəndaş həlak olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti teleqramda məlumat yayıb.

Bildirilib ki, qarşıdurma zamanı 23 rusiyalı həlak olub.

Nazirliyin verdiyi məlumata görə, daha 4 Rusiya vətəndaşı itkin düşənlər siyahısındadır.

Milli.Az