Ukrayna kəşfiyyatçıları rusların silah anbarını vurdu

25 Oktyabr 2023 21:39

Donetskdə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əsgərləri ruslara məxsus silah anbarını məhv ediblər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukraynanın Baş Kəşfiyyat İdarəsinin mətbuat xidməti məlumat yayıb.

"Yüksək dəqiqlikli silahlardan endirilən zərbələr nəticəsində düşmənin döyüş sursatı toplanan anbarı vurulub", - məlumatda bildirilib.

Kəşfiyyatın məlumatına görə, silahlar olan baza Rusiya işğalçı qüvvələrinin 1-ci ordu korpusunun 110-cu motoatıcı briqadasına məxsus olub. Briqada hazırda Avdeyevka ərazisində hücum əməliyyatlarında iştirak edir.

Milli.Az