Şuşa təmsilçisindən uğurlu başlanğıc

25 Oktyabr 2023 20:07

Kişi voleybolçulardan ibarət "Xarı Bülbül" komandası Çelenc Kubokunda mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, Şuşa təmsilçisi 1/32 final mərhələsinin ilk oyununda Slovakiyanın "TJ Spartak" klubu ilə üz-üzə gəlib.

Bakıdakı Voleybol Mərkəzində reallaşan qarşılaşma Azərbaycan komandasının 3:0 (25:23, 25:21, 27:25) hesablı qələbəsi ilə yekunlaşıb.

Cavab görüşü sabah eyni arenada gerçəkləşəcək.

Milli.Az