Bu, İsrail üçün əks nəticəyə səbəb ola bilər - Obama

25 Oktyabr 2023 13:38

Mülki əhaliyə yönəlmiş təhdidləri görməzdən gələn hərbi strategiya İsrail üçün əks nəticə verə bilə bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ-nin keçmiş prezidenti Barak Obama "Medium" platformasında deyib.

İsrailin özünümüdafiə hüququ olduğunu qeyd edən Obama bütün dünyanın bölgədəki hadisələri yaxından izlədiyini və insani itkiləri görməzdən gələn hərbi strategiyanın yekunda əks nəticə verə biləcəyini deyib.

Obama Qəzzaya atılan bombalar nəticəsində minlərlə fələstinlinin öldüyünə işarət edib: "Bunların çoxu uşaqlar idi. Yüz minlərlə insan evlərindən qaçmaq məcburiyyətində qalıb".

"İsrail hökumətinin blokadadakı mülki əhalinin qida, su və elektrik təminatını dayandırmaq qərarı nəinki getdikcə böyüyən humanitar böhranı pisləşdirir, həm də fələstinlilərin mövqeyinin gələcək nəsillərdə daha da sərtləşdirə, İsrailə qlobal dəstəyi zədələyə, İsrail düşmənlərinin işinə yaraya və regionda sülh və sabitliyin əldə olunması istiqamətindəki uzunmüddətli səyləri heç edə bilər", - o deyib.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Milli.Az