Çin alimlər səkkiz yeni virus aşkar etdilər

25 Oktyabr 2023 13:04

Çinin cənubundakı Haynan adasında elmə məlum olmayan potensial təhlükəli viruslar aşkar edilib. Viruslardan biri COVID-19 ilə eyni sinfə aiddir, bəziləri isə xərçəng yaratmaq potensialındadır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Çin alimləri aşkar edilmiş patogenlərin növ baryerini aşa bildiyi təqdirdə insanlar üçün təhlükəli olacağını bildiriblər. İndi onlar virusların təhlükə səviyyəsini öyrənmək üçün onlarla təcrübə keçirməyi planlaşdırırlar.

Milli.Az