Azərbaycanlı qız Türkiyədə yol qəzasına düşüb

19 May 2010 09:24
Türkiyə Antaliya şəhərinin Alanya rayonunda yeyib-içməkdən qayıdan bir qrup ağır yol qəzasına uğrayıb. "Haber7" saytı xəbər verir ki, 2 qız və 2 oğlandan ibarət 4 nəfərlik qrupdakı qızlardan biri 21 yaşlı azərbaycanlı Çinarə Dudurova olub. Məlumata görə oğlanlardan biri qəza yerində, digəri xəstəxanada vəfat edib. İki qız isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onların müalicəsi Alanya dövlət xəstəxanasında davam edir.

Qeyd edək ki, qəza, sərxoş sürücünün idarə etdiyi avtomobili eyni istiqamətdə hərəkət edən yük maşınına arxadan çırpması nəticəsində baş verib.

/ANS PRESS/