Yunanıstanı "Avroviziya"da o təmsil edəcək - FOTOlar

25 Oktyabr 2023 16:24

Yunan rəsmi yayımçı kanalı ERT "Avroviziya 2024" mahnı müsabiqəsində ölkəni təmsil edəcək təmsilçinin adını açıqlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müsabiqənin 50-ci ilində Yunanıstanı Marina Satti təmsil edəcək. Onun müsabiqədə ifa edəcəyi mahnı üçün artıq işlər görülməyə başlayıb.

Marinanın ifa edəcəyi mahnı isə növbəti ayda təqdim ediləcək.

Qeyd edək ki, bu il İsveçin Malmö şəhərində keçiriləcək yarışma mayın 7, 9 və 11-də gerçəkləşəcək.

Milli.Az