"Əl-Hilal"ın hücumçusu Neymar "Futebolusadia"nın məlumatlarını təkzib edib.
Milli.Az lent.az-a istinadən bildirir ki, saytın iddialarına görə, PSJ braziliyalını futbolçunun mövsüm öncəsi üzə çıxan zədələri və səhhətindəki problemlərə görə Səudiyyə klubuna satıb.
Neymar barəsində yayılan iddialara belə cavab verib:
"Gecələr, günlər keçir və heç nə dəyişmir. Onlar əslində nə baş verdiyini bilmirlər...".
Neymar müvafiq xəbərin altındakı şərhlərdə "Mən hələ də saxta xəbərlərin olmadığı gələcəyə inanıram" yazıb.
Braziliyalı hazırda Braziliya millisinin heyətində keçirdiyi oyunda aldığı çarpaz bağ zədəsini sağaldır.
Milli.Az