"Paramount Pictures" şirkəti baş rolunu Hollivud ulduzu Tom Kruzun canlandırdığı "Çətin tapşırıq 8" filminin yeni hissənin premyerasını daha bir il uzadıb.
Milli.Az lent.az-a istinadən bildirir ki, əvvəlcə layihənin təqdimatı gələn ilin 28 iyununda olacağı açıqlanmışdı. Lakin indi ekran işinin premyerasının 23 may 2025-ci ildə keçiriləcəyi bildirilib.
Studiya bu qərarı ABŞ Aktyorlar Gildiyası tərəfindən davam edən tətilə görə verib.
Milli.Az