İsrail HƏMAS-a dəstək verdiyi üçün onu HƏBS ETDİ

24 Oktyabr 2023 20:30

Fələstin əsilli israilli aktrisa Maysa Abdel Hadi radikal HƏMAS hərəkatını dəstəklədiyi üçün saxlanılıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə ordunun "Qalei İDF" radiosu məlumat yayıb.

Qeyd olunub ki, İsrailin şimalındakı Nazaret şəhərində yaşayan və "Tel-Əviv alovlar içində" (2018) serialında oynadığı Məryəm rolu ilə tanınan Abdel Hadi oktyabrın 24-də səhər saatlarında instaqram səhifəsindəki paylaşıma görə saxlanılıb. Aktrisa Qəzza zolağı ilə İsrail arasında sədləri dağıdan buldozerlərin fotolarını "Gəlin, Berlin üslubunu izləyək" başlığı ilə paylaşıb.

Məlumata görə, Abdel Hadi terrorizmi dəstəkləməkdə ittiham olunub.

Milli.Az