İrina Şeyk eks-sevgilisi ilə Cici Hadidin görüşməsini istəmir

24 Oktyabr 2023 23:00

Keçmiş sevgilisi, Hollivud aktyoru Bredli Kuperi məşhur model həmkarı Cici Hadidlə tanış edən supermodel İrina Şeykə onların sevgi münasibətləri sürpriz olub.

Milli.Az lent.az-a istinadən bildirir ki, supermodel bu yeni eşq macərasından narahatdır.

"İrina Bredlinin özündən kiçik olan başqa bir supermodellə görüşməsindən narazıdır. Ona görə, tez-tez ən yaxşı formada hazırlanıb, qsdən paparazzilərin kameralarına yaxalanır", - İrinanın keçmiş dostlarından biri jurnalistlərə bildirib.

Bredli Kuper və İrina Şeyk 2019-cu ildə ayrılıblar. Onların Leya adlı bir qızı var. 

Milli.Az