"Fatmagülün suçu ne?": 75-ci seriya - VİDEO

18 May 2012 10:38
Birlikdə keçirdikləri ilk gecədən sonra Fatmagül və Kərim özləri üçün daha bir çox çətin mərhələni keçmiş olurlar. Keçmişlərinə dair böyük yaranı isə yalnız zaman sağalda bilər.

Mustafanın ölüm xəbəri ilə toy evində sevincdən əsər-əlamət qalmır. Başda Rahmi və Müqəddəs olmaqla hamı bu xəbərdən sarsılır. Üstəlik, Mustafanın öldüyünü Asuya xəbər vermək Qadir və Fəxrəddinin öhdəsinə düşür. Digər tərəfdən, Müqəddəs də Fatmagülə xəbər vermək üçün fürsət axtarır.

Keçirdiyi infarktdan sonra Rəşad Yaşaran həyati təhlükəni geridə qoyur. Lakin infarktın onun səhhətində bəzi mənfi təsirləri qalır. Bu arada Yaşaranların Səlimlə təmaslarının olduğunun ortaya çıxması ilə bu ailənin sonu daha da yaxınlaşır.

Fatmagül və Kərim ilk dəfə əsl evli cütlük kimi öz evlərində baş-başa vaxt keçirirlər. İlk gecələrinə dair günahkar səssizlik davam etdikcə araya soyuqluq girəcəyini hiss edən Kərim bu məsələdə ilk addımı atır.

Mustafa kimsəsiz şəkildə İzmirdə dəfn edilir. Mustafa Kərimlə Fatmagülün həyatından çıxarkən belə, arxasında kölgəsini buraxır.

Milli.Az

Videoları izləmək üçün aşağıdakı şəkillərə klikləyin.