ABŞ generalı İsraildə: Quru əməliyyatına hazırlıq...

24 Oktyabr 2023 07:50

ABŞ administrasiyası Qəzza zolağında keçirilən əməliyyatın gedişatına yardım etmək üçün dəniz piyadası generalını və bir neçə zabiti İsrailə göndərib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Axios" portal məlumat yayıb.

Bildirilib ki, İsrail Müdafiə Qüvvələrinə yardım edənlər arasında əvvəllər Dəniz Piyadalarının xüsusi əməliyyat qüvvələrinə rəhbərlik etmiş və İraqda İŞİD-ə qarşı əməliyyatlarda iştirak etmiş general-leytenant Ceyms Qlin də var.

Amerika nümayəndələri İsrail ordusunun əməliyyatlarına rəhbərlik etmir, lakin ona Qəzza zolağındakı fəaliyyətlər, ilk növbədə gözlənilən quru hərəkatı bağlı hərbi məsləhətlər verir.

Milli.Az