Yük maşını minik avtomobilinə çırpıldı, üç nəfər öldü

24 Oktyabr 2023 07:48

Rusiyanın İrkutsk vilayətində ağır yol qəzası baş verib.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hadisə nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb. 

"İsuzu Forward" markalı minik avtomobili ilə "QAZel" markalı yük maşını toqquşub.

Daha sonra yük maşını "Subaru Legacy" markalı minik avtomobilinə çırpılıb.

Milli.Az