Görülməmiş qəza: 150-dən çox maşın toqquşdu - Ölənlər var

24 Oktyabr 2023 07:18

ABŞ-də yüzlərlə avtomobilin iştirakı ilə baş verən qəzada ölənlərin sayı artıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə NBC telekanlı məlumat yayıb.

Qatı dumanın səbəb olduğu zəncirvari qəzada yeddi nəfər ölüb, 25 nəfər yaralanıb.

Hadisədə 158 avtomobilin toqquşduğu bildirilib.

Milli.Az