"Yalı çapkını" serialının yayımı ilə bağlı dəyişiklik edilib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu həftə ekran işinin iki yeni bölümü tamaşaçılara təqdim olunacaq.
Serial cümə axşamı və cümə günü izləyicilərin ixtiyarına veriləcək.
Qeyd edək ki, baş rollarını Mərd Ramazan Dəmirlə Afra Saraçoğlunun canlandırdığı "Yalı çapkını" ötən həftə Türkiyədə elan olunan 3 günlük matəmə görə nümayiş olunmamışdı.
Milli.Az