140 kiloqramlıq piton qoyunu uddu

24 Oktyabr 2023 07:30

Malayziyada yeddi metr uzunluğunda piton tutulub.

Milli.Az lent.az-a istinadən bildirir ki, 140 kiloqramlıq piton qoyunu udduqdan sonra tutulub.

KİV-in məlumatına görə, piton iri qoyunu yedikdən sonra hərəkətsiz halda yaxalanıb. Mülki müdafiə qüvvələri bildirib ki, ilanın ovunu tamamilə həzm etməsi bir neçə həftə çəkə bilər.

Bu vaxta qədər o insanlar üçün az təhlükəlidir. 

İlanı tutmaq üçün dörd nəfər cəlb olunub. Onlara pitonla mübarizədə təxminən 25 dəqiqə vaxt sərf ediblər. Bundan sonra o, təhlükəsiz yerə aparılaraq mütəxəssislərə təhvil verilib.

Milli.Az