İsrail hava, quru və dənizdən kompleks hücuma hazırlaşır

23 Oktyabr 2023 22:37

İsrail müharibənin yeni mərhələsinə hazırlaşır. Bu mərhələ havadan, qurudan və dənizdən kompleks hücumu əhatə edəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri İsrailin müdafiə naziri Yoav Qallant deyib.

"Biz hücuma davam edəcəyik. Bu, havadan, qurudan və dənizdən ölümcül birləşmiş hücum olacaq", - Qallant Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti ilə görüşdə bildirib.

Milli.Az