Fransada yüzlərlə insan saxlanıldı

23 Oktyabr 2023 22:34

Fransada Yaxın Şərqdəki eskalasiya fonunda iki həftə ərzində 336 nəfər antisemitizm hərəkətlərinə görə saxlanılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen "X" sosial şəbəkəsində bildirib.

"Oktyabrın 7-dən indiyədək 588 antisemitizm aktı qeydə alınıb. Hüquq-mühafizə orqanlarının fəaliyyəti nəticəsində 336 nəfər saxlanılıb", - nazirin paylaşımında deyilir.

Milli.Az