Azərbaycana qarşı ermənilərə səsləndi: “Bayraqları qaldırın...”

23 Oktyabr 2023 22:29

Anti-Azərbaycan mövqeyi ilə seçilən Almaniya Bundestaqının xarici əlaqələr komitəsinin sədri Mixael Rot İrəvandadır.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, ermənipərəst siyasətçi səfəri ilə bağlı X sosial şəbəkəsində diqqətçəkən paylaşım edib.

Ermənistanın adı gələndə Azərbaycana düşmən xislətini gizlətməyən Rot bu dəfə pafosun dozasını bir qədər də artırıb. O, sosial şəbəkədə erməniləri ölkələri uğrunda bayraq qaldırmağa çağırıb: "Gənc demokratiya (Ermənistanı nəzərdə tutur - red.), sülh və ərazi bütövlüyü uğrunda bayrağı qaldırın".

Rot İrəvanda olduğunu, Baş naziri Nikol Paşinyan, spiker Alen Simonyan və erməni həmkarı Sərkis Xandanyanla görüşəcəyini bildirib.

Milli.Az