Bu ölkədən İsrailə PUA-larla hücum edildi

23 Oktyabr 2023 18:33

Livandan İsrail ərazisinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum olub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusundan bildirilib.

Məlumata görə, texnikalar Eyn Hafaretz bölgəsində zərərsizləşdirilib.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.

Milli.Az