İranın daha bir naziri Ermənistana gəldi

23 Oktyabr 2023 13:43

İranın yol və şəhərsalma naziri Mehrdad Bazarpaş danışıqlar aparmaq üçün Ermənistana gəlib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə İranın Ermənistandakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, İran nümayəndə heyəti İrəvana oktyabrın 23-də gəlib. İran tərəfi erməni tərəfdaşları ilə infrastruktur sahəsində əməkdaşlığın inkişafı ilə bağlı görüşlər keçirəcək.

Milli.Az