Məşhur serialın çəkilişində gərginlik - Mert Ramazan Dəmirlə Afra... - FOTO

23 Oktyabr 2023 13:30

"Yalı çapkını" serialının qəhrəmanları Mert Ramazan Dəmirlə Afra Saraçoğlu çəkiliş zamanı mübahisə edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, cümə günü Koç Universitetinin xəstəxanasındakı çəkilişlərdə aktyorlar bir-birinə səslərini qaldırıblar. Rejissorlar Burcu Alptekin və Alptekin Bozkurt mübahisəyə müdaxilə edərək aktyorları sakitləşdirib. Bir müddət çəkilişlərə fasilə verilib.

İddia olunur ki, Saraçoğlu ilə Dəmir bir müddətdir danışmırlar.

Milli.Az