Sabirabadın Çığırğan kəndi ərazisində su bəndi uçub
18 May 2010 21:07
APA-nın verdiyi məlumata görə, bəndin uçması ilə ətraf ərazilərdə yerləşən yaşayış məntəqələri üçün təhlükə yaranıb. Hazırda ərazidə bəndin möhkəmlətmək üçün işlər aparılır, bölgəyə texnika və canlı qüvvə cəlb olunub.Qeyd edək ki, bəndin uçduğu Çığırğan kəndinin əhalisi evakuasiya olunmayıb.
/APA/