Röyanın yeni duet ortağı görün kimdir - VİDEO

23 Oktyabr 2023 10:56

Xalq artisti Röya Ayxan yeni duet ortağının adını açıqlayıb. 

Milli.Az oxu.az-a istinadən bildirir ki, pop ulduz gənc artist Nuranla yeni layihəyə imza atacağını bildirib. Bu barədə o, instaqram hesabında məlumat yayıb. Xalq artisti qeyd edib ki, Nuranla yeni duet üzərində işləyir. 

Qeyd edək ki, Nuran musiqi fəaliyyətinə bu ilin yazında başlayıb. Onun "Şıkı-Şıkı baba", "Salamat qal" kliplərini təqdim edib.

Milli.Az