Əməliyyat bu halda ləğv edilə bilər - İsrail

23 Oktyabr 2023 09:44

HƏMAS bütün məhbusları azad etsə və qeyd-şərtsiz təslim olsa, Qəzza zolağında quru əməliyyatı ləğv ediləcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu İsrail Müdafiə Qüvvələrinin rəsmisi Conatan Konrikus deyib.

"Əgər HƏMAS mülkilərin arxasında gizləndiyi yerlərdən çıxsa, 212 girovun hamısını geri qaytarsa ​​və qeyd-şərtsiz təslim olsa, o zaman müharibə bitər. Əgər etməsələr, biz yəqin ki, gedib bunu etməli olacağıq", - Konrikus bildirib.

Milli.Az