Hərbi Qənimətlər Parkına yeni qənimət gətirilib - FOTO

22 Oktyabr 2023 22:27

Bakıdakı Hərbi Qənimətlər Parkına yeni hərbi texnika gətirilib.

Milli.Az Xezerxeber.az-a istinadən xəbər verir ki, bu günlərdə Hərbi Qənimətlər Parkına yeni BMP (piyadaların döyüş maşını) daxil olub.

Bu texnika Azərbaycan Ordusu tərəfindən sentyabrın 19-da keçirilən və bir sutkaya yaxın davam edən antiterror tədbirləri nəticəsində ələ keçirilib.

Xatırladaq ki, antiterror tədbirlərindən sonra Hərbi Qənimətlər Parkına "T-72" tankı gətirilmişdi. BMP isə Hərbi Qənimətlər Parkına gətirilmiş sayca ikinci hərbi texnikadır. 

Hazırda həmin texnikalar Bakıdakı Hərbi Qənimətlər Parkında nümayiş olunur.

Milli.Az