İsrail Ordusu Misirdən üzr istədi

22 Oktyabr 2023 20:18

İsrail Ordusu təsadüfən sərhəddə Kerem-Şalom rayonunda Misir postunu atəşə tutub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə İsrail Ordusu məlumat yayıb.

Qeyd edilib ki, İsrail Ordusunun tankı təsadüfən Kerem-Şalom rayonunda Misir postuna atəş açıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

İsrail Ordusu bununla əlaqədar Misir tərəfindən üzr istəyib.

Milli.Az