Papikyan Fransaya getdi

22 Oktyabr 2023 19:48

Ermənistan müdafiə naziri Suren Papikyan Fransaya səfər edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Fransa müdafiə naziri Sebastyan Lekornünün dəvəti ilə Suren Papikyan oktyabrın 22-də Fransaya səfər edib.

Xatırladaq ki, Fransanın müdafiə naziri Sebastyan Lekornü "Le Parisien" saytına müsahibəsində bildirib ki, oktyabrın 22-də Paris və İrəvan Fransa silahlarının, xüsusən də hava hücumundan müdafiə sistemlərinin verilməsinə dair sazişi rəsmiləşdirəcək.

Milli.Az