Parisdə Fələstin tərəfdarları küçələrə axışdı

22 Oktyabr 2023 18:35

Fransanın paytaxtı Parisdə fələstinyönlü assosasiyalar və bir sıra siyasi partiyalar Respublika meydanında yürüş keçirirlər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Bildirilib ki, meydana toplaşan minlərlə insan "Makron, sənin sonundur, fələstinlilər küçələrə!", "İsrail qatildir, Makron tərəfdardır", "Qəzza və Fələstin uşaqları - bizim öldürdüyümüz insanlıqdır" kimi şüarlar səsləndiriblər.

Həmçinin qaldırılan plakatlarda "Qəzza blokadasına son qoyulsun!", "Fələstinə azadlıq!" və s. yazılar qeyd edilib.

Polis ərazidə təhlükəsizliyi gücləndirib.

Milli.Az