Aktyorluğun daşını atıb bu işə başladı

22 Oktyabr 2023 18:07

Sonuncu dəfə "Ateş kuşları" serialında rol alan aktyor Bülənt Polad karyerasını bitirib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor İstanbuldan Çanakkaleyə köçüb.

İki övladı olan Polad orada əkinçiliklə məşğul olacaq.

Qeyd edək ki, Bülənt Polad "Bir zamanlar Çukurova" serialındakı "Qaffur" obrazı ilə məşhurlaşmışdı.

Milli.Az