Sərnişinlər qorxulu anlar yaşadı - Avtobus park edilmiş avtomobilə çırpıldı - FOTO

22 Oktyabr 2023 14:53

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayımlanıb.

Bildirilib ki, MİDA-nın yaşayış kompleksi ərazisində 9 nömrəli marşrut xətti üzrə işləyən avtobus yol kənarında park edilmiş avtomobilə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Milli.Az