İranda hicaba görə daha 10 iş yeri bağlandı

22 Oktyabr 2023 11:28

Tehran, Rəşt, Babolsər və Məşhəd şəhərlərində 10 restoran, kafe və kitabxanalar məcburi hicab qaydalarını pozanlara xidmət göstərdiyi üçün bağlanıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə adıçəkilən şəhərlərin polis idarələrinin ictimai məkanlara nəzarət bölmələri məlumat yayıb.

Qeyd edək ki, son bir neçə ay ərzində İranda məcburi hicab qaydalarına riayət edilməyən 3 mindən çox iş yerinin fəaliyyəti dayandırılıb.

Milli.Az