İsrail Hələb və Dəməşq aeroportuna aviazərbələr endirdi

22 Oktyabr 2023 10:58

İsrail qoşunları Suriyanın Hələb və Dəməşq beynəlxalq hava limanlarına aviazərbələr endirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Məlumata görə, aviazərbələr nəticəsində bir nəfər ölüb, biri isə yaralanıb. Bundan başqa, hər iki hava limanında uçuş-enmə zolaqlarına da maddi ziyan dəydiyi, onların yararsız hala düşdüyü bildirilir.

Milli.Az