Fransa polisi partlayıcı maddələr hazırlamaq istəyən yeniyetməni saxladı

22 Oktyabr 2023 09:22

Fransanın Dənizkənarı Sena departamentində polis partlayıcı maddələr hazırlamaq üçün təhsil müəssisəsinə xlorid turşusu gətirən lisey şagirdini saxlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, təhlükəli maddə 17 yaşlı suriyaəsilli şagirdin çantasında olub.

"Lisey şagirdi xlorid turşusundan istifadə edərək partlayıcı hazırlamağı planlaşdırıb" - deyə departamentin polis idarəsinin rəhbərliyindən bildirilib.

Məlumatda o da qeyd olunub ki, saxlanılan yeniyetmə artıq uzun müddətdir polisin diqqətini öz üzərinə çəkib.

Milli.Az