UEFA “Qalatasaray”ı cərimələdi

21 Oktyabr 2023 19:46

UEFA "Qalatasaray"ı cərimələyib.

Milli.Az axar.az-a istinadən bildirir ki, Türkiyə təmsilçisi Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda "Mançester Yunayted"lə görüşdə azarkeşlərinin meydana yad cisimlər atması və pirotexniki vasitələrdən istifadə etmələrinə görə cərimələnib.

"Qalatasaray" 51 min avro məbləğində cərimə edilib.

Qeyd edək ki, sözügedən qarşılaşmada "Qalatasaray 3-2 hesabı ilə qalib gəlib.

Milli.Az