Tovuzda zəncirvari qəza - FOTO

21 Oktyabr 2023 14:53

Tovuzda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə rayonun girişində "ASAN xidmət" mərkəzinin qarşısında qeydə alınıb.

Hərəkətdə olan "Hyundai", "KİA" və "Mitsubusi" markalı minik avtomobilləri toqquşub.

Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Milli.Az