Elgizin proqramına tamaşaçılar pulla gətirilir: 2 saata... - FOTO

21 Oktyabr 2023 13:27

ARB kanalda yayımlanan "Elgizlə izlə" verilişinə qatılmaq üçün tamaşaçılar axtarılır.

Milli.Az TNS-ə istinadən xəbər verir ki, bu barədə "Facebook" sosial şəbəkəsində elan verilib.

"İş elanları və vakansiyalar" səhifəsində yer alan elanda bildirilib ki, tamaşaçı kimi verilişdə 2 saat iştirak edən şəxslərə bunun müqabilində 4 manat ödəniləcək.

Ölkənin ən reytinqli verilişlərindən olan, sadə vətəndaşların şəxsi həyatlarını müzakirəyə çıxaran, ailə sirlərini açan bir proqrama tamaşaçı tapılmaması düşündürücüdür. Deməli, ekrandan göründüyü kimi, o proqramlarda heç nə təbii deyil.

Milli.Az