Gizli şəkildə nikah qıyıla bilərmi?

22 Oktyabr 2023 06:31

Dinimizdə nikahın gizlisi olmaz. Gizli olan şeyə zina deyilir. Nikahın şərtlərindən biri də elan edilməsi yəni, açıq-aşkar olması və ətrafınızda yaşayanların sizi ər-arvad olduğunuzu və bir ailə qurduğunuzu bilməsidir. Bunun xaricində nikah adı altında qurulan bütün əlaqələr (Mutə, Misyar) batıldır və zina hökmündədir.

Nikahla zinanın fərqi budur: Nikah hər kəsin açıq-aşkar hüzurunda olması, zina isə gizli cinsi əlaqədir.

Milli.Az