Matəmə görə bu seriallar yayımdan qaldırıldı

21 Oktyabr 2023 14:20

Bu axşam Türkiyə telekanallarında "Yalı çapkını" və "Ateş kuşları" seriallarının yeni bölümləri yayımlanmayacaq.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, ekran işləri Qəzzada xəstəxanaya atılan raket nəticəsində həyatını itirənlər üçün Türkiyədə elan olunan 3 günlük matəmə görə nümayiş olunmayacaq.

Qeyd edək ki, ötən gün də "Kuruluş Osman", "Adım Farah" və "Benim güzel ailem" serialları yayımlanmamışdı.

Milli.Az