Rusiya təyyarəsi bu ölkədə havaya qalxarkən yandı

21 Oktyabr 2023 10:50

Rusiyanın İl-76 nəqliyyat təyyarəsi havaya qalxarkən yanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Tacikistanın Hissar hava limanında baş verib.

Yanğın təyyarənin mühərriklərdən birində baş verib. Daha sonra təyyarə uçuş-enmə zolağından çıxıb və tamamilə yanıb. 8 nəfər ekipajdan xəsarət alan olmayıb.

Milli.Az