ABŞ-nin büdcə kəsiri inanılmaz həddə çatdı

21 Oktyabr 2023 10:10

ABŞ-nin büdcə kəsiri son bir ildə 320 milyard dollar artaraq 1,7 trilyon dollara çatıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə ölkənin maliyyə naziri Canet Yellen və Ağ Evin Büdcə İdarəsinin rəhbəri Şalanda Yanqın birgə bəyanatında deyilir.

Sənəddə göstərildiyi kimi, sentyabrın 30-da başa çatan 2023-cü maliyyə ilində ABŞ-nin büdcə xərcləri 6,1 trilyon dolları, gəlirləri isə 4,4 trilyon dolları ötüb. Beləliklə, 2022-ci maliyyə ilinin məlumatları ilə müqayisədə büdcə kəsiri 320 milyard dollar artaraq təxminən 1,7 trilyon dollar təşkil edir.

Qeyd edilir ki, bu, ABŞ ÜDM-nin 6,3%-nə bərabərdir.

Milli.Az