Bayden, Şarl Mişel və Ursula Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

21 Oktyabr 2023 07:10

ABŞ Prezidenti Co Bayden Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyeni qəbul edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Co Bayden X hesabında paylaşım edib.

Qeyd olunub ki, tərəflər Ukrayna və Yaxın Şərqdəki vəziyyətlə bağlı danışıq aparıblar.

"Bu böhran Avropa və Amerikanı birlikdə mövqe tutmağa çağırır", - BŞ lideri vurğulayıb.

Milli.Az