Orduya göndərilən yardım talan edilib - Ukraynada QALMAQAL

20 Oktyabr 2023 23:10

Ukraynada hərbi hissələrin almalı olduğu humanitar yardımın üçdə biri yoxa çıxıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Gömrük İdarəsi məlumat yayıb.

"2023-cü ilin əvvəlindən hərbi obyektlərə humanitar yardımın göndərilməsi ilə bağlı 9000 hadisə yoxlanılıb.

3000-dən çox halda yardımın hərbçilərə çatdığını təsdiqləmək mümkün olmayıb", - açıqlamada deyilir.

Milli.Az