Amerikada yaşayan aparıcı Səxavət Nur mərhum aktrisa Firəngiz Rəhimbəyova ilə bağlı paylaşım edib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, o, aktrisa ilə olan fotolarını sosial media hesabında izləyiciləri ilə bölüşüb.
"Raisa (red. F.Rəhimbəyovanın qızı, Amerikaya köçüdükdən sonra adını Reyçel olaraq dəyişib) anasının telefonunda tapdığı bu qiymətli fotonu mənimlə paylaşıb. Firəngiz xanımla olan xüsusi bir anı xatırlamaq, xatirələri əzizləmək" deyə, Səxavət yazıb.
Qeyd edək ki, "Bəxt üzüyü" filmində "Sevda" obrazı ilə tanınan F.Rəhimbəyova ilk həyat yoldaşından boşandıqdan sonra 1993-cü ildən qızı ilə birlikdə ABŞ-nin Los-Anceles şəhərinə köçüb. Sənətçi 1999-cu ildə orada amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurub. F.Rəhimbəyova 2022-ci ilin avqustunda ürəktutmasından dünyasını dəyişib.
Milli.Az