İki tramvay toqquşub, xəsarət alanlar var

20 Oktyabr 2023 08:55

Çexiyanın Pilsen şəhərində iki tramvay toqquşub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Çexiyanın Pilsen şəhərinin Karlovı Varı küçəsində iki tramvay toqquşub.

İlkin xəbərə görə, hadisə zamanı uşaqlar da daxil olmaqla, təxminən 30-35 nəfər xəsarət alıb. Yanğınsöndürənlər əzilmiş tramvaylardan insanları çıxarır, həkimlər zərərçəkənlərə yardım göstərir.

Milli.Az