Lukaşenko iki səfiri vəzifədən azad etdi

19 Oktyabr 2023 21:40

Belarus Prezidenti Aleksandr Lukaşenko iki səfiri istefaya göndərib.

Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, oktyabrın 19-da imzalanan sərəncamlarla Lukaşenko Belarusun Ukraynadakı səfiri İqor Sokol və respublikanın Estoniyadakı diplomatik missiyasının rəhbəri Vyaçeslav Kaçanovu vəzifələrindən azad edib.

Milli.Az