Almaniyanın müdafiə naziri İsrailə getdi

19 Oktyabr 2023 18:19

Almaniya müdafiə naziri Boris Pistorius və onun rəhbərlik etdiyi nümayəndə heyəti İsrailin Tel-Əviv şəhərinə uçub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Almaniyanın ZDF telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, Pistorius İsrailə hərbi əməkdaşlıqla bağlı danışıqlar aparmaq üçün gedib. O, İsrailin müdafiə naziri Yoav Qalantla görüşəcək.

Həmçinin bildirilir ki, Almaniya hərbi idarəsinin rəhbəri yəhudi dövlətinin tələb etdiyi maddi dəstəyin, o cümlədən tibbi avadanlıqların tədarükü məsələsini müzakirə edəcək.

Milli.Az